Məhsul kataloqu
Müştəri
+994 105105102
Bizim ünvanımız
Bakı şəh, Nərimanov r-n, Əliyar Əliyev 54a
Telefonlar:
İş saatları
  • Həftənin 6 günü 10:00-dan 17:00-dək
  • Bazar - İstirahət
E-mail
Sosial şəbəkələrdəyik
Əlaqəyə keçin
0 0
Kataloq
Əsas səhifə
Arzular
0
Müqayisə et
0
Əlaqə

Yeni 80 PLUS Ruby qida bloku standartı təqdim olundu

Yeni 80 PLUS Ruby qida bloku standartı təqdim olundu

CLEAResult şirkəti tərəfindən təqdim edilən 80 PLUS Ruby — son 14 ildə enerji səmərəliliyi sahəsində elan olunan ilk yeni standartdır. Bu standart, mövcud 80 PLUS proqramları arasında ən yüksək səviyyə kimi tanınır və xüsusilə məlumat mərkəzləri üçün nəzərdə tutulub.

Rəqəmsal texnologiyaların, süni intellektin və bulud əsaslı xidmətlərin sürətlə inkişafı səbəbindən məlumatların saxlanması və emalı üzrə tələbat da durmadan artır. Proqnozlara görə, yalnız ABŞ-da məlumat mərkəzlərinin elektrik enerjisinə olan ehtiyacı 2028-ci ilə qədər 30 dəfəyədək arta bilər. Bu isə enerji səmərəliliyinin artırılmasını zəruri edir.

80 PLUS Ruby standartı ən sərt enerji səmərəliliyi tələblərini təqdim edir. Bu standarta uyğun enerji blokları aşağı yük səviyyəsində belə ən azı 90% səmərəlilik təmin etməlidir — bu isə ən çox enerji itkisinə səbəb olan hallardan biridir. CLEAResult-un məlumatına görə, bu yeni nəsil enerji blokları 230/277/480 V gərginlikdə və 50% yük altında 96,5% səmərəlilik səviyyəsinə çata bilir.

Yeni standartın ilk uyğun məhsulunu isə Çinli Delta Electronics şirkəti təqdim edib. Şirkət məlumat mərkəzləri üçün nəzərdə tutulmuş, 5500 Vt gücündə97,5% səmərəlilik göstəricisinə malik enerji bloku modelini nümayiş etdirib.

80 PLUS, 80+ Ruby, Yeni qida bloku standartı

Модули для Opencart